Norveç Rusiyaya keçən marallarını geri ala bilmirbackend

Norveç Rusiyaya keçən marallarını geri ala bilmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveçdə onlarla maral Rusiya ərazisinə keçib, lakin heyvanların sahibləri onları geri qaytara bilmirlər. Buna səbəb Rusiya vizası ala bilməmələridir.

Norveçin dövlət teleradio şirkəti NRK-nın məlumatına görə, sərhədi keçən marallar Rusiyanın ərazisində qalıb. Lakin iki ölkə arasında viza məhdudiyyətləri və sərhəd əməkdaşlığının zəifləməsi səbəbindən maral sahiblərinin Rusiyaya gedərək heyvanları geri gətirməsi mümkün olmur.

Məsələnin dövlət qurumlarının iştirakı ilə həll edilməsinə çalışıldığı bildirilir. Hazırda maralların Norveçə necə qaytarılacağı ilə bağlı danışıqlar davam edir.

//Samir Qurbanov, Editor.az