Qəhvəyi mərmər bağacığına qarşı Gəncə şəhəri, eləcə də Samux rayonunun Zazalı və Çobanabdallı kəndlərində monitorinqlər aparılıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, meyvə bağları və parklarda fitosanitar müşahidələr həyata keçirilib, feromon tələlər asılıb.
Bununla yanaşı, sakinlərə zərərvericinin yayılma yolları, mübarizə üsulları barədə ətraflı məlumat verilib, maarifləndirici çap materialları paylanıb.

