Pentaqon açıqladı: İyul ayında İrana zərbələri nəticəsində 100-ə yaxın ABŞ hərbçisi yaralanıbbackend

Pentaqon açıqladı: İyul ayında İrana zərbələri nəticəsində 100-ə yaxın ABŞ hərbçisi yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına endirdiyi zərbələr nəticəsində iyul ayı ərzində 100-ə yaxın amerikalı hərbçi yaralanıb.

Editor.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyindəki mənbələrə istinadən CBS News məlumat yayıb.

Məlumata görə, söhbət yalnız iyul ayının ilk iki həftəsində İranın ABŞ hərbi bazalarına həyata keçirdiyi hücumlar nəticəsində yaralanan hərbçilərdən gedir.

ABŞ müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell də məlumatı təsdiqləyib. O bildirib ki, iyulun 7-dən etibarən müxtəlif dərəcəli xəsarətlər alan amerikalı hərbçilərin sayı təxminən 100 nəfərdir.

Onun sözlərinə görə, yaralananların əksəriyyətində yüngül dərəcəli beyin silkələnməsi qeydə alınıb. Parnell əlavə edib ki, xəsarət alan hərbçilərin ən azı 96 faizi artıq hərbi xidmətə qayıdıb.

İyulun 20-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveyt və Bəhreyndə yerləşən ABŞ hərbi obyektlərinə silsilə zərbələr endirdiyini açıqlayıb.

Həmin gün The New York Times qəzeti isə İranın İordaniyadakı ABŞ hərbi obyektlərinə hücumları nəticəsində onlarla amerikalı hərbçinin yaralanması barədə məlumatların Pentaqon tərəfindən gizlədildiyini yazıb.

Bundan əvvəl mediada ABŞ-ın İranla genişmiqyaslı müharibəyə hazırlaşdığına dair məlumatlar yayılmışdı.

//Gülnarə Abasova, Editor.az