Rusiya MN: Krıma yönələn PUA hücumunun qarşısı alınıbbackend

Rusiya MN: Krıma yönələn PUA hücumunun qarşısı alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin (USQ) Krıma pilotsuz uçuş aparatları ilə hücum etməyə cəhd göstərdiyini açıqlayıb.

Nazirliyin məlumatına görə, hava hücumundan müdafiə vasitələri Krımla yanaşı Belqorod, Bryansk, Kaluqa, Kursk, Orlov, Ryazan və Tula vilayətləri, həmçinin Moskva bölgəsi, Krasnodar diyarı və Qara dəniz akvatoriyası üzərində də Ukraynaya məxsus pilotsuz aparatları aşkarlayaraq zərərsizləşdirib.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, ümumilikdə Moskva vaxtı ilə saat 08:00-dan 20:00-dək 161 pilotsuz uçuş aparatı məhv edilib. Ukrayna tərəfi isə bu məlumatla bağlı hələlik rəsmi açıqlama verməyib.

//Samir Qurbanov, Editor.az