Polşa müharibəyə hazırlığa başladı: əhaliyə xəbər verildibackend

Polşa müharibəyə hazırlığa başladı: əhaliyə xəbər verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa ərazisində hava həyəcanı barədə xəbərdarlıq siqnalları verilib.

Globalinfo.az xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Bildirilib ki, bu, ölkəni potensial hərbi təhlükəyə hazırlamaq məqsədi daşıyan genişmiqyaslı təlimlərin bir hissəsidir.

İyulun 21-də bütün ölkə üzrə ALARM 2026 adlı xəbərdarlıq sisteminin sınağı keçirilir və sakinlərə bunun yalnız təlim olduğu deyilib.

Xatırladaq ki, bu ilin martında Polşa KİV-i “Kray” kod adlı təlimlərin keçiriləcəyini yazmışdı. Həmin təlimlər mümkün müharibənin başlanğıc ssenarisinin məşqi kimi qiymətləndirilirdi. Lakin təlimlərin hansı ölkəyə qarşı nəzərdə tutulduğu açıqlanmamışdı.

Məlumata görə, təlimlər zamanı Polşanın müdafiə sisteminin mümkün münaqişəyə hazırlıq səviyyəsi yoxlanılır.

Təlimlərdə baş nazir, nazirlər, xüsusi xidmət orqanlarının rəhbərləri və silahlı qüvvələrin komandanlığı da daxil olmaqla, yüksək vəzifəli dövlət rəsmilərinin iştirakı nəzərdə tutulur.