İranın dövlət televiziyası İordaniya və Küveytdə yerləşən ABŞ-nin hərbi bazalarına endirilən raket zərbələrinin yeni videogörüntülərini yayımlayıb.
Musavat.com “Azad İran”a istinadən xəbər verir ki, rəsmi Tehranın təqdim etdiyi kadrlarda raketlərin buraxılış anı və gecə saatlarında hərbi obyektlərə endirilən zərbələr əks olunub.
Yayımlanan videogörüntülərdə raketlərin ard-arda havaya qalxdığı və hədəflərə doğru istiqamət aldığı anlar yer alıb.
Məlumata görə, bu zərbələr ABŞ-nin bölgədəki hərbi mövcudluğuna və son hava hücumlarına cavab olaraq həyata keçirilib.
Xatırladaq ki, bir qədər əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdəki “Əli əl-Salem” hərbi hava bazasını hədəf aldığını, oradakı erkən xəbərdarlıq sistemlərini və peyk rabitə mərkəzini sıradan çıxardığını bəyan edib.

