Rusiyada mənzil təmiri inflyasiya, logistika xərclərinin artması və idxalı əvəzləmə siyasətinin təsirləri səbəbindən bahalaşmaqda davam edir.
Editor.az xəbər verir ki, bu barədə Moskva Dövlət İnşaat Universitetinin “Tikinti istehsalının texnologiyası və təşkili” kafedrasının müdiri Azari Lapidus bildirib.
Onun sözlərinə görə, son dövrdə təmir işlərinin dəyəri orta hesabla 20 faiz artıb. Ekspert qeyd edib ki, qiymət artımının əsas səbəbləri inflyasiya, yanacaq və daşınma xərclərinin yüksəlməsi, həmçinin tikinti materiallarının bahalaşmasıdır.
//Samir Qurbanov, Editor.az

