ABŞ-ın İrana qarşı mümkün hərbi əməliyyatının ölkə büdcəsinə 80–100 milyard dollar arasında xərcə başa gələ biləcəyi bildirilir.
NBC telekanalının Pentaqonun qiymətləndirmələri ilə tanış mənbələrə istinadən yaydığı məlumata görə, bu məbləğə hərbi əməliyyatların aparılması, qoşunların yerləşdirilməsi, silah-sursat, logistika və digər əməliyyat xərcləri daxildir.
Mənbələrin sözlərinə görə, yekun məbləğ əməliyyatın miqyası və davametmə müddətindən asılı olaraq dəyişə bilər.
//Samir Qurbanov, Editor.az

