İsveç kirpiləri Qırmızı Kitaba daxil edirbackend

İsveç kirpiləri Qırmızı Kitaba daxil edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveç hökuməti ölkədə kirpilərin sayının azalması fonunda bu heyvan növünü ilk dəfə olaraq Qırmızı Kitaba daxil etmək qərarı verib.

Nazirlər Kabinetinin Kanselyariyasının yaydığı məlumata görə, qərar kirpilərin populyasiyasının qorunması və onların məhv olma riskinin qarşısının alınması məqsədi daşıyır.

Rəsmilər bildirirlər ki, son illərdə yaşayış mühitinin daralması, yol-nəqliyyat hadisələri və digər amillər kirpilərin sayının azalmasına səbəb olub. Yeni tədbirlər çərçivəsində bu növün mühafizəsi gücləndiriləcək.

//Samir Qurbanov, Editor.az