Dövlət Departamenti Səudiyyəyə böyük miqdarda silah satışını təsdiqlədibackend

Dövlət Departamenti Səudiyyəyə böyük miqdarda silah satışını təsdiqlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 1,96 milyard dollara 20.000-ə qədər raket yönləndirici dəstinin potensial satışına icazə verib.

Musavat.com xəbər verir ki, bildiriş Departamentin saytında yerləşdirilib.

Səudiyyə hökuməti əvvəllər ABŞ-dan hava-hava raketləri üçün 10.000-ə qədər APKWS-II (Qabaqcıl Dəqiq Öldürmə Silah Sistemi) lazer yönləndirici dəsti və hava-yer raketləri üçün də eyni sayda lazer yönləndirici dəsti almaq üçün təsdiq istəyib. Dövlət Departamenti potensial müqaviləni təsdiqləyib. “Ümumi dəyər 1,96 milyard dollar qiymətləndirilir”, – deyə bəyanatda qeyd olunur.

ABŞ həmçinin Səudiyyə Ərəbistanına LAU-131 A/A buraxılış qurğuları, Mk-152 döyüş başlıqları və digər sistemlər də daxil olmaqla, müvafiq logistika dəstəyi verməyə hazırdır. BAE Systems əsas təchizatçı ola bilər.

ABŞ administrasiyası artıq Konqresi potensial silah satışını təsdiqləmək qərarı barədə məlumatlandırıb.