Britaniya gəmisi Argentina sularında: Rəsmi Buenos-Ayresdən kəskin etirazbackend

Britaniya gəmisi Argentina sularında: Rəsmi Buenos-Ayresdən kəskin etiraz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentina XİN Britaniyanın “HMS Medway” hərbi gəmisinin Buenos-Ayresin özünə məxsus hesab etdiyi akvatoriyadan keçməsi ilə əlaqədar Londona rəsmi etiraz notası göndərib.

Oxu.Az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

“İyulun 13-də Böyük Britaniya səfirliyinə rəsmi etiraz notası göndərilib. Sənəddə Folklend (Malvin) adalarında qanunsuz yerləşdirilmiş “HMS Medway” gəmisinin manevrlərinin qəti şəkildə rədd edildiyi bildirilir”, – deyə qurumun rəsmi saytında vurğulanıb.

Qeyd olunub ki, Argentina hakimiyyəti Britaniya hərbi gəmisinin keçidini ölkənin yurisdiksiyasının pozulması adlandıraraq, Böyük Britaniyanın hərəkətlərinə qarşı qəti etirazını bildirib.

Atlantik okeanının cənub-qərb hissəsində yerləşən Malvin (Folklend) adaları artıq 200 ildir Argentina və Böyük Britaniya arasında ərazi mübahisəsinin predmetidir.