Rusiyanın dövlət nüvə korporasiyası “Rosatom” Zaporojye Atom Elektrik Stansiyasının baş mühəndisi Aleksandr Yakovlevin öldürüldüyünü açıqlayıb.
“Rosatom”un baş direktoru Aleksey Lixaçovun sözlərinə görə, Yakovlev Ukrayna tərəfindən təşkil edildiyi iddia olunan məqsədli terror aktı nəticəsində həlak olub.
Ukrayna tərəfi isə bu iddiala bağlı hələlik rəsmi açıqlama verməyib. Hadisə ilə bağlı məlumat müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
//Samir Qurbanov, Editor.az

