Ukrayna Ali Radasında yeni Nazirlər Kabinetinin ehtimal olunan tərkibi ilə bağlı məlumatlar açıqlanıb.
Məlumata görə, yeni hökumətdə Müdafiə naziri vəzifəsinə İqor Klimenkonun təyin olunacağı gözlənilir. Hazırda Daxili İşlər naziri olan Klimenkonun bu posta gətiriləcəyi bildirilir.
Eyni zamanda, Daxili İşlər Nazirliyinə isə hazırda Ukrayna Milli Polisinin rəhbəri olan İvan Vıqovskinin rəhbərlik edəcəyi ehtimal olunur.
Qeyd edək ki, sözügedən təyinatlar hələlik rəsmi təsdiqlənməyib və yeni hökumətin formalaşdırılması prosesi davam edir.
//Samir Qurbanov, Editor.az

