Hindistanda faciə: Şir 11 yaşlı zəvvara hücum edərək öldürdübackend

Hindistanda faciə: Şir 11 yaşlı zəvvara hücum edərək öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın Qucarat ştatında 11 yaşlı Mayur Çauhan səhər tezdən Girnar dağına ziyarət məqsədilə qalxarkən vəhşi şirin hücumuna məruz qalaraq həlak olub.

Hadisə pilləkənlərin təxminən 50-ci pilləsində baş verib. Məlumata görə, uşaq ailəsi ilə birlikdə ziyarətə gedərkən şir onu qəfil meşəlik əraziyə sürüyüb. Meşə xidməti əməkdaşları sonradan uşağın cəsədini tapıblar.

Faciədən sonra hakimiyyət orqanları Girnar ziyarət marşrutunu müvəqqəti bağlayıb və hücumda iştirak etdiyi ehtimal olunan üç Asiya şirini nəzarətə götürüb. Bölgədə zəvvarların təhlükəsizliyini artırmaq üçün əlavə tədbirlərin görüləcəyi bildirilib.

//Samir Qurbanov, Editor.az