ABŞ iyul ayında baş vermiş yeni silahlı qarşıdurmaların başlamasından cəmi bir neçə gün sonra İrana danışıqların keçirilməsi ilə bağlı təklif göndərib.
Editor.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qaribabadı məlumat verib. Onun sözlərinə görə, Vaşinqton toqquşmaların başlamasından 4–5 gün sonra Tehranla diplomatik danışıqlara başlamağı təklif edib.
Qaribabadı bildirib ki, ABŞ-ın bu addımı bölgədə artan gərginlik fonunda atılıb. O, danışıqların məzmunu və ya Vaşinqtonun konkret təklifləri barədə əlavə məlumat verməyib.
Məlumat İranın dövlət teleradio şirkəti IRIB tərəfindən yayılıb.
//Samir Qurbanov, Editor.az

