Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Ukrayna və Avropa ölkələrinin birgə hazırladığı FREYJA adlı antiballistik raketdən müdafiə sisteminin qarşıdakı 12 ay ərzində reallığa çevrilməsi gözlənilir.
Zelenski bu barədə Parisdə keçirilən Antiballistik Koalisiyanın iclasının yekunlarına dair açıqlamasında məlumat verib.
Prezidentin sözlərinə görə, layihə Ukraynanın hava və raketdən müdafiə imkanlarını gücləndirməklə yanaşı, Avropanın ümumi təhlükəsizlik sisteminin formalaşdırılmasına da töhfə verəcək.
O vurğulayıb ki, FREYJA proqramı üzrə tərəfdaş ölkələr arasında əməkdaşlıq fəal şəkildə davam edir.
//Samir Qurbanov, Editor.az

