Nepalda baş verən güclü daşqın nəticəsində ölənlərin sayı 332 nəfərə çatıb. Ölənlər arasında xarici turistlərin də olduğu bildirilir.
Editor.az xəbər verir ki, bundan əlavə, yüzlərlə insan itkin düşmüş hesab olunur. Xilasetmə və axtarış əməliyyatları davam etdirilir.
Son məlumatlara görə, Nepal və Çin-Tibet sərhədindəki fəlakət nəticəsində ölənlərin sayı daha da artıb və müxtəlif mənbələr ümumi ölüm sayının 350-dən çox olduğunu bildirir. Nepalda yüzlərlə insan, o cümlədən xarici vətəndaşlar hələ də itkin düşmüş vəziyyətdədir.
Fəlakətin buzlaq çökməsi nəticəsində yaranan güclü sel və torpaq axını ilə əlaqəli olduğu bildirilir.
//Samir Qurbanov, Editor.az

