Mahir Emreli “Rakuv”u məğlubiyyətdən xilas etdi – VİDEObackend

Mahir Emreli “Rakuv”u məğlubiyyətdən xilas etdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın “Rakuv” klubunda növbəti qolunu vurub.

Oxu.Az xəbər verir ki, 29 yaşlı hücumçu UEFA Konfrans Liqasının pley-off mərhələsinin Xorvatiyanın “Hayduk” komandasına qarşı keçirilən cavab oyununda fərqlənib.

Emreli 88-ci dəqiqədə komandasının hesabı bərabərləşdirən qolunu vurub – 2:2. Əlavə vaxtda daha bir qol vuran “Hayduk” Konfrans Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, komandalar arasında ilk qarşılaşma da 2:2 hesabı ilə başa çatıb. Mahir Emreli həmin oyunda da qol vurub.