Ağdamda fermadan ailə qurmaq üçün qaçan 16 yaşlı qız tapıldıbackend

Ağdamda fermadan ailə qurmaq üçün qaçan 16 yaşlı qız tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdamda yaşadığı fermadan ailə qurmaq məqsədi ilə qaçan 16 yaşlı qız tapılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, 1997-ci il təvəllüdlü Əsəd İbrahim oğlu Cavadzadə ilə ailə qurmaq məqsədi ilə qaçan 2008-ci il təvəllüdlü A.Ə. polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı ekspertiza təyin olub. Əsəd İbrahim oğlu Cavadzadə saxlanılaraq polis şöbəsinə gətirilib. Araşdırmalar davam edir.

Xatırladaq ki, iyul ayının 10-da Ağdam rayonu Çəmənli kəndində fermada yaşayan qız sevdiyi şəxslə ailə qurmaq məqsədi ilə onunla qaçmışdı.