Zəngəzurla bağlı gizli razılaşma iddiasıbackend

Zəngəzurla bağlı gizli razılaşma iddiası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TRIPP niyə gecikir? Putin Zəngəzur layihəsində pay istəyibmi – ABŞ Rusiyaya güzəştə gedə bilərmi?

Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməli olan TRIPP layihəsinin praktiki icrasına başlanması gecikir. Hələ ötən ayın əvvəlində fiziki işlərin 2026-cı ilin sonunadək başlayacağı bildirilirdi. Son məlumata görə isə tikintinin başlanması 2027-ci ilin ilk aylarına keçirilib.

Xarici işlər naziri Ceyhun Bayramov əsas danışıqların ABŞ və Ermənistan arasında aparıldığını bildirib. Nazir qeyd edib ki, Vaşinqton Azərbaycanı proses barədə müntəzəm məlumatlandırır. Çünki Bakının iştirakı olmadan layihənin həyata keçirilməsi mümkün deyil. Bayramovun sözlərinə görə, danışıqlar uğurla davam edir. Buna baxmayaraq, əvvəl 2026-cı ilin sonuna gözlənilən fiziki işlərin başlanması artıq 2027-ci ilin ilk aylarına planlaşdırılır.

TRIPP-in Ermənistan ərazisindən keçəcək əsas hissəsinin təxminən 42 kilometr olacağı bildirilir. Yaradılacaq layihə şirkətində ABŞ-nin 74, Ermənistanın isə 26 faiz paya sahib olması nəzərdə tutulur.

Ermənistan sərhəd, gömrük, vergi və təhlükəsizlik məsələlərinin öz suverenliyi çərçivəsində qalacağını bəyan edir. Lakin marşrutun dəqiq texniki xəritəsi, maliyyələşdirmənin tam mənbələri, yük və sərnişinlərin hansı gömrük rejimi ilə hərəkət edəcəyi, eləcə də təhlükəsizliyin kim tərəfindən təmin olunacağı barədə bütün detallar hələ ictimaiyyətə açıqlanmayıb. Buna görə başlanğıc tarixinin dəyişməsi adi texniki gecikmə ilə yanaşı, tərəflər arasında həllini tapmayan hüquqi və siyasi məsələlərin mövcudluğu ehtimalını da gündəmə gətirir.

Azərbaycan isə öz ərazisindəki işləri dayandırmayıb. Ölkənin əsas hissəsində dəmir və avtomobil yollarının Ermənistan sərhədinə qədər uzadılması davam etdirilir. Naxçıvanda təxminən 180 kilometrlik köhnə dəmir yolu xəttinin bərpasına başlanıb, layihə üçün maliyyə ayrılıb. Bu işlərin də 2027-ci ildə tamamlanması planlaşdırılır.

Bu arada belə bir ehtimal var ki, Trampın elçiləri ilə Rusiya prezidenti arasında danışıqlarda Zəngəzur dəhlizi ilə bağlı razılaşma olub. İddiaya görə, Rusiyanın Zəngəzur dəhlizinə necə qoşulması məsələsi barədə danışılıb. Ekspertlərin ehtimallarına görə, Putin Zəngəzur dəhlizində Rusiyanın da olması barədə Trampın elçiləri ilə razılaşıb. Bu da Ermənistanın xoşuna gəlməyib. Ekspertlər bu ehtimalı necə dəyərləndirir? Rusiyanın dəhlizə təsiri nə dərəcədə güclüdür və ABŞ Rusiyaya öz payından güzəştə gedə bilərmi?

Fikrət Yusifov: “Tarif dəyişiklikləri qiymətlərə ciddi təsir etməyəcək” |  KONKRET

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, ABŞ-nin Zəngəzur dəhlizində öz payından Rusiyanın xeyrinə güzəştə getməsi kimi bir məsələni tam mümkünsüz sayır. Ən azından özünü Rusiyanın caynağından xilas etmək yolunda ciddi mücadilə göstərən Ermənistan buna razı olmayacaq. Ermənistanın razılığı olmadan ABŞ-nin belə bir addım atması mümkün deyil. Əslində Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxartmaq kimi bir kursu addım-addım reallaşdıran ABŞ-nin indiki dönəmdə Zəngəzur dəhlizində şimal qonşumuza hər hansı bir formada güzəştə getməsi qeyri-mümkündür.

Yolun tikintisinin bu ilin ikinci yarısından etibarən başlanacağı nəzərdə tutulurdu. Gecikmə onu göstərir ki, Ermənistanla ABŞ dəhlizin idarəçilik mexanizmlərini hələ tam razılaşdıra bilməyiblər. Heç şübhəsiz, Ermənistan bir dövlət kimi sərhəd idarəçiliyinin ona verilməsini istəyir. Lakin Birləşmiş Ştatlar bu idarəçiliyi özü həyata keçirməyi nəzərdə tutur. Əslində ən doğrusu da budur və bu yanaşım həm də Azərbaycanın maraqlarına xidmət edir. Çünki Azərbaycan vətəndaşları bu sərhəddən heç bir yoxlama olmadan gedib-gələ bilməlidirlər”.

F.Yusifov qeyd etdi ki, Zəngəzur dəhlizinin Azərbaycan üçün fəaliyyət prinsipi yalnız və yalnız belə olmalıdır və bunun alternativi yoxdur: “Əgər biz Zəngəzur dəhlizindən Ermənistan sərhəd hərbçilərinin yoxlanışı vasitəsilə keçəcəyiksə, onda bu dəhliz bizim üçün heç bir əhəmiyyət daşımayacaq və deməli, bu məsələdə biz Ermənistanla yenidən qarşıdurma yaşamalı olacağıq. Ermənistan avantüraya getməməlidir. Bu mövzuda məsələ təsəvvür etdiyimizdən də qat-qat ciddidir.

Azərbaycan Zəngəzur dəhlizinin açılması üçün öz üzərinə düşən bütün işləri yüksək səviyyədə görür və indi də yolun Naxçıvandan keçəcək hissəsində intensiv iş aparılır. Yolun Ermənistandan keçəcək hissəsində işlərin daha tez başlaması bütün tərəflərin marağındadır. Odur ki, Ermənistan ərazisində işlərin ABŞ ilə Ermənistan arasında razılaşmalar tam başa çatdıqdan dərhal sonra başlaması yaxşı olardı”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Politoloq Elxan Şahinoğlu hesab edir ki, Rusiyanın Zəngəzur dəhlizinin tikintisində və ümumiyyətlə, layihədə pay almasında iştirakı bölgə ölkələri ilə yanaşı, Amerika Birləşmiş Ştatlarının da maraqlarına cavab vermir: “Bu baxımdan ABŞ Prezidenti Donald Trampın Zəngəzur məsələsində rusiyalı həmkarı Vladimir Putinə güzəştə getməsi inandırıcı deyil. Belə bir güzəşt Trampa lazım deyil. Ağ Ev sahibi Putinlə dialoqu davam etdirsə də, iki ölkə rəqibdirlər. “Tramp layihəsi” ABŞ-yə iqtisadi zəmində Cənubi Qafqazda möhkəmlənməyə şərait yaradır. Belə olan halda ABŞ Zəngəzur yolunu niyə Rusiya ilə paylaşmalıdır ki? Buna baxmayaraq, dəhliz hazır olandan sonra bu dəmir yolundan digər ölkələr kimi Rusiya da istifadə edə, məhsullarını müxtəlif ölkələrə daşıya bilər”.

E.Şahinoğlu qeyd etdi ki, bu arada, Ermənistan hökuməti dəhlizin tikintisi məsələsində ləng tərpənir: “Azərbaycan dəmir yolunu və avtomobil yolunu Ermənistanla sərhəddə çatdırarkən, Ermənistan cəmi 42 kilometr olan dəmir yolunun tikintisinin müzakirəsini hələ bitirməyib. Görünür, baş nazir Nikol Paşinyan hələ də dəhlizlə bağlı müəyyən tərəddüd içərisindədir. Halbuki ortada Vaşinqton razılaşması var və dəhliz Ermənistanın özü üçün faydalıdır. Birincisi, Ermənistan bu dəhliz vasitəsilə həm böyük Orta dəhlizin tərkib hissəsinə çevriləcək, həm də daşınacaq məhsullara görə gəlirlərini artıracaq. Bundan başqa, dəhlizlə paralel elektrik xətləri və qaz boru xəttinin tikintisi də mümkündür. Nikol Paşinyan gələn il həm dəhlizin tikintisinə başlamalı, həm də referendum vasitəsilə konstitusiyanı dəyişdirməlidir ki, Azərbaycanla sülh sazişi imzalansın. Bu məsələləri gələn il həll etmək lazımdır. Paşinyan gözləmə mövqeyində dayanmaqla Rusiyanın ona qarşı təzyiqlərinin artmasına şərait yaradacaq. Sülh sazişi imzalandıqdan və Zəngəzur dəhlizi vasitəsilə Ermənistanın geosiyasi və iqtisadi qazancları artdıqdan sonra Rusiyanın bu ölkəyə təzyiqlərinin effekti olmayacaq. Çünki Ermənistan artıq Azərbaycan və Türkiyə ilə əlaqələri gücləndirmiş olacaq”.

Musavat.com