Pxenyan Zelenskinin 50 min Şimali Koreya hərbçisi ilə bağlı iddiasına cavab verdibackend

Pxenyan Zelenskinin 50 min Şimali Koreya hərbçisi ilə bağlı iddiasına cavab verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın bacısı, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin yüksək vəzifəli nümayəndəsi Kim Yo Çjon Ukrayna Prezidenti Volodimir Zelenskinin Pxenyanın Rusiyaya əlavə hərbi kontingent göndərməyə hazırlaşdığı barədə açıqlamasını təkzib edib.

Kim Yo Çjon Şimali Koreyanın dövlət mediası KCNA-da yayılan bəyanatında Zelenskinin KXDR-in Rusiyaya 30-50 min hərbçi göndərəcəyi barədə iddiasını “əsassız” adlandırıb. O, bu məlumatı “Kiyevin uydurduğu təxribat xarakterli xəbər” kimi qiymətləndirib.

Zelenski avqustun əvvəlində Rusiyanın ərazisində daha 30-50 minə qədər Şimali Koreya hərbçisinin yerləşdirilməsinin planlaşdırıldığını bildirmişdi. Ukrayna prezidenti iddia etmişdi ki, KXDR hərbçiləri Rusiya-Ukrayna müharibəsinin təcrübəsini öyrənir və əldə etdikləri döyüş təcrübəsindən gələcəkdə Asiya-Sakit okean regionunda istifadə edə bilərlər.

Kim Yo Çjon həmçinin Ukraynadakı münaqişənin başlanması və uzanmasına görə ABŞ və Qərbi məsul tutub.
Qeyd edək ki, KXDR-in daha əvvəl Rusiyaya hərbçi göndərməsi barədə məlumatlar mövcuddur. Reuters-in məlumatına görə, 2024-cü ildə Şimali Koreya Rusiyanın Kursk vilayətinə təxminən 14 min hərbçi göndərib.

//Samir Qurbanov, Editor.az