AYAL “Gənc Fəallar və Liderlər Alyansı” İctimai Birliyi “Azərbaycanda qadın rəhbərlər: çətinliklər və imkanlar” mövzusunda seminar keçiribbackend

AYAL “Gənc Fəallar və Liderlər Alyansı” İctimai Birliyi “ qadın rəhbərlər: çətinliklər və imkanlar” mövzusunda seminar keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AYAL “Gənc Fəallar və Liderlər Alyansı” İctimai Birliyi “Azərbaycanda qadın rəhbərlər: çətinliklər və imkanlar” mövzusunda seminar keçirib 

AYAL “Gənc Fəallar və Liderlər Alyansı” İctimai Birliyi 12 sentyabr 2025-ci il tarixində Bakıdakı Globus Center-də “Azərbaycanda qadın rəhbərlər: çətinliklər və imkanlar” mövzusunda seminar təşkil edib.

Seminarın məqsədi iştirakçıları biznes sahəsində uğur qazanmış qadın liderlərin real təcrübəsi ilə tanış etmək, gənc qadınları rəhbər vəzifələrə hazırlaşmağa və liderlik potensiallarını inkişaf etdirməyə həvəsləndirmək olub.

Tədbirdə üç tanınmış mütəxəssis çıxış edib. PAŞA Malls-ın baş marketinq meneceri Şərifə Həsənova korporativ mədəniyyətin dəyişdirilməsində qadın rəhbərlərin təsir gücündən danışıb.

“166 Yükdaşıma və Logistika” şirkətinin satış departamentinin rəhbəri Xanım Sadıqova qadın liderlik üslubunun əsas elementləri olan empatiya, komanda ruhu və strateji qərarvermə barədə təcrübəsini bölüşüb.

Kingsmart-ın marketinq şöbəsinin müdiri Özalə Əliyeva isə qadın rəhbərlərin hekayələrini və real təcrübədən çıxarılan dərsləri iştirakçılarla paylaşıb.

Çıxışlardan sonra iştirakçılar spikerlərə suallarını ünvanlayıb, qadınların karyera yolunda qarşılaşdığı çətinliklər və onların aşılması yolları müzakirə olunub.

AYAL gənclərin, xüsusilə gənc qadınların peşəkar inkişafına və liderlik bacarıqlarının gücləndirilməsinə yönəlmiş belə maarifləndirici tədbirləri davam etdirməyi planlaşdırır.