Prezident İlham Əliyev Azərbaycanla Monqolustan arasında hava əlaqələrinin tənzimlənməsini nəzərdə tutan sazişin təsdiq edilməsi haqqında qanun imzalayıb.
Sənəd 2026-cı il mayın 6-da Almaniyanın Leypsiq şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında imzalanmış hava əlaqəsi haqqında sazişə aiddir.
Qanunun tam mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub.

