Vens İranla müharibənin dayandırılması üçün şərt açıqladıbackend

Vens İranla müharibənin dayandırılması üçün şərt açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın vitse-prezidenti Cey Di Vens İranla müharibənin dayandırılması üçün Tehranın uranın zənginləşdirilməsi üzrə imkanlarını azaltmalı olduğunu bildirib.

Editor.az xəbər verir ki, Vens bu barədə “Reuters” agentliyinə müsahibəsində danışıb.

ABŞ rəsmisinin sözlərinə görə, İran nüvə silahı əldə etmək istəmirsə, yüksək dərəcədə zənginləşdirilmiş yanacaq istehsal etməsinə ehtiyac yoxdur. O qeyd edib ki, Tehranın nüvə silahı yaratmaq niyyətindən imtina etdiyini nümayiş etdirməsinin əsas yollarından biri yüksək dərəcədə zənginləşdirilmiş uranın istehsalını dayandırmaqdır.

Vens bildirib ki, hazırda ABŞ İran Prezidenti Məsud Pezeşkian və ölkənin xarici işlər naziri Abbas Əraqçı ilə danışıqlar aparır. Bununla belə, vitse-prezident danışıqların nəticəsiz qala biləcəyini də istisna etməyib. O, buna səbəb kimi İran daxilində qərarların necə qəbul edildiyinin ABŞ tərəfindən tam başa düşülməməsini göstərib.

//Gülnarə Abasova, Editor.az