Alimlər oktyabrın 12-13-də Günəşdə güclü alışmaların baş verə biləcəyi barədə xəbərdarlıq ediblər.
Editor.az bu barədə xarici mediaya istinadla məlumat yayıb.
Məlumata görə, gözlənilən Günəş alışmalarının gücü ən yüksək sinif hesab olunan X sinfinə çata bilər.
Mütəxəssislərin açıqlamasında bildirilir ki, qeyd olunan tarixlərdə Günəşdə alışma aktivliyinin orta səviyyədən yüksək səviyyəyədək dəyişəcəyi gözlənilir. X sinfinə aid güclü alışmaların baş verməsi də istisna edilmir.
//Gülnarə Abasova, Editor.az

