Məktəbin qabağında dini şüarlar səsləndirdilər – VİDEObackend

Məktəbin qabağında dini şüarlar səsləndirdilər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabinetinin dövlət məktəblərində vahid geyim formalarının tətbiqi ilə bağlı qərarından sonra bəzi təhsil müəssisələrində insidentlər yaşanır.

“Qafqazinfo”nun məlumatına görə, bu gün səhər saatlarında Nardaran qəsəbəsində yerləşən 130 saylı tam orta məktəbdə bir qrup şəxs toplaşıb.

Məlumata əsasən, həmin şəxslər məktəb əməkdaşları ilə münaqişə yaradıb, ictimai qaydanı pozub və təhsil müəssisəsinin normal fəaliyyətinə mane olmağa cəhd ediblər.

Bildirilib ki, toplaşanlar radikal dini şüarlar da səsləndiriblər.

Hadisə ilə bağlı görüntüləri təqdim edirik: