backend

Azərbaycanda ərzaq və xidmətlər bahalaşıb – Yeni statistika

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz yüksəlib.

Editor.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib.

Statistik göstəricilərə əsasən, cari ilin ilk doqquz ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları 6,9 faiz, qeyri-qida məhsulları 3,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər isə 5,5 faiz bahalaşıb.

Sentyabr ayında da qiymət artımı qeydə alınıb. Belə ki, istehlak qiymətləri avqust ayı ilə müqayisədə 0,9 faiz, 2025-ci ilin sentyabr ayına nisbətən isə 5,5 faiz artıb.

Ötən ay qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər əvvəlki ayla müqayisədə 1,4 faiz, ötən ilin eyni dövrünə nisbətən isə 6,9 faiz yüksəlib.