Prezident İlham Əliyev Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi sahəsində əməkdaşlığa dair sazişə dəyişiklikləri nəzərdə tutan protokolun təsdiq edilməsi haqqında qanun imzalayıb.
Sənəd 2025-ci il dekabrın 16-da Kiyevdə və 2026-cı il aprelin 23-də Bakıda imzalanmış protokolla bağlıdır. Protokol Azərbaycan Respublikası Hökuməti ilə Ukraynanın Nazirlər Kabineti arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında sazişə dəyişiklik edilməsini nəzərdə tutur.
Qanunun mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub.

