Bakıda binada yanğın olubbackend

Bakıda binada yanğın olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Səbail rayonunda yanğın baş verib.

Hadisə Xaqani küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən binada qeydə alınıb.

Yanğın Kazımov Sabit Sabir oğluna məxsus evin mətbəxində meydana gəlib. Səbail RPİ-dən verilən məlumata görə, yanğına səbəb paltaryuyan maşın olub. Hadisə vaxtı isə mənzildə heç kim olmayıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin bir neçə yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. FHN-in əməkdaşlarının bildirdiyinə görə, yanğının söndürülməsi istiqamətində işlər görülür və hazırda mənzildə soyutma işləri aparılır.

//milli.az