Avropa İttifaqı Ukraynada müharibənin dayandırılması istiqamətində diplomatik səylərini davam etdirir.
Məlumata görə, António Costa Kremlinlə əlaqə quraraq Rusiya prezidenti Vladimir Putin ilə danışıqlar üçün qeyri-rəsmi kommunikasiya kanalının yaradılmasına cəhd göstərib.
Məsələ ilə tanış mənbələrin məlumatına əsasən, Avropa tərəfi Moskvanı Ukrayna üzrə mümkün sülh danışıqlarına cəlb etməyə çalışır. Təşəbbüsün məqsədi münaqişənin həlli üçün əlavə diplomatik imkanlar yaratmaq və tərəflər arasında təmasları genişləndirməkdir.
Mənbələr bildirirlər ki, bu addım Avropa İttifaqının Ukraynadakı müharibənin dayandırılması üçün siyasi həll yollarının axtarışını gücləndirdiyi bir dövrə təsadüf edir. Hələlik nə Kremlin, nə də Avropa Şurasının məsələ ilə bağlı rəsmi açıqlaması verilməyib.
Bloomberg-in məlumatına görə, təşəbbüs danışıqlar prosesinin bərpasına yönəlib və tərəflər arasında mümkün diplomatik təmasların əsasını formalaşdırmağı hədəfləyir.
//Samir Qurbanov, Editor.az


