Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq Kiyevə səfər edib.
Editor.az xəbər verir ki, bu barədə “Suspilne. Novosti” nəşri məlumat yayıb.
Məlumata görə, səfərin əsas məqsədi Ukrayna rəhbərliyi ilə təhlükəsizlik sahəsində əməkdaşlığı, hərbi yardımın davam etdirilməsini və gələcək müdafiə dəstəyi məsələlərini müzakirə etməkdir.
Səfər çərçivəsində britaniyalı nazirin Ukrayna Prezidenti Volodimir Zelenski və digər yüksəkvəzifəli rəsmilərlə görüşlər keçirəcəyi gözlənilir. Görüşlərdə cəbhədəki son vəziyyət, hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi və müttəfiqlərin Ukraynaya göstərdiyi hərbi dəstəyin koordinasiyası əsas müzakirə mövzuları olacaq.
//Samir Qurbanov, Editor.az

