İzmirin Çeşmə rayonunda, Alaçatı bölgəsində Dilan Polat və Engin Polat cütlüyünün qaldığı otelin yaxınlığında silahlı insident baş verib.
Hadisə nəticəsində cütlüyün qohumu və şəxsi mühafizəçisi olan Can Polat güllə yarası alıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, hücum edən şəxs hadisə yerindən qaçıb. Lakin qısa müddət sonra 23 yaşlı şübhəli silahla birlikdə saxlanılıb.
Hadisənin motivi ilə bağlı araşdırma aparılır. Polis və prokurorluq tərəfindən istintaq davam etdirilir.
//Samir Qurbanov, Editor.az


