Tramp Ukraynaya müraciət etdi: Rusiya neft obyektlərinə hücumlar dayandırılmalıdırbackend

Tramp Ukraynaya müraciət etdi: Rusiya neft obyektlərinə hücumlar dayandırılmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiya ərazisindəki neft və yanacaq infrastrukturlarına hücumlarını dayandırmasına çağırıb.

Editor.az xəbər verir ki, Tramp bildirib ki, Rusiya neft emalı və dizel infrastrukturuna qarşı hücumlar qlobal enerji bazarında vəziyyəti daha da çətinləşdirir. ABŞ prezidentinin fikrincə, yanacaq bazarındakı gərginliyin artması istehlakçılar üçün qiymətlərin yüksəlməsinə səbəb ola bilər.

Kreml Trampın çağırışını müsbət qarşılayıb. Rusiya tərəfi Ukraynanın enerji obyektlərinə hücumlarının dayandırılmasının vacib olduğunu bildirib.

Ukrayna isə bu hücumların Rusiyanın müharibəni davam etdirmək imkanlarını zəiflətmək məqsədi daşıdığını bildirir. Moskvanın enerji infrastrukturunun hədəfə alınması ilə bağlı qarşılıqlı ittihamlar müharibənin diplomatik həllini daha da çətinləşdirir.

//Samir Qurbanov, Editor.az