NATO-dan Ukraynaya yeni dəstək vədi: Polşa sərhədində gərginlik artırbackend

NATO-dan Ukraynaya yeni dəstək vədi: Polşa sərhədində gərginlik artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO Rusiyanın Ukraynanın Polşa ilə sərhədinə yaxın ərazilərinə endirdiyi son zərbələrdən sonra Kiyevə dəstəyin artırılacağını açıqlayıb.

Alyansın baş katibi Mark Rutte Moskvanın son hücumlarını Rusiyanın müharibədə təzyiqinin artmasının göstəricisi kimi qiymətləndirib.

Editor.az xəbər verir ki, məlumata görə, Rusiya qüvvələrinin hücumları zamanı Ukraynanın qərb bölgələri, o cümlədən Polşa sərhədinə yaxın ərazilər hədəfə alınıb. Hücumların birində Kiyev–Varşava sərnişin qatarı da zərbə təhlükəsi ilə üzləşib.

Polşa hökuməti hadisədən ciddi narahatlıq ifadə edib və Ukraynaya hərbi və siyasi dəstəyin daha da gücləndirilməsinə çağırıb. Varşava hesab edir ki, müharibənin NATO ərazisinə yaxınlaşması Avropanın təhlükəsizliyi üçün əlavə risklər yaradır.

NATO isə Rusiyanın təzyiq cəhdlərinin Avropa ölkələrinin Ukraynaya yardımını dayandırmayacağını bildirir.

//Samir Qurbanov, Editor.az