Almaniyalı tennisçi Aleksandr Zverev 2026-cı il ABŞ Açıq Çempionatında kişilər arasında çempion titulunu qazanıb.
Editor.az xəbər verir ki, Zverev final qarşılaşmasında amerikalı Ben Şeltonu 6:3, 7:6, 5:7, 6:2 hesabı ilə məğlub edib. Alman tennisçi qarşılaşma ərzində xüsusilə vacib xallarda daha stabil oyun nümayiş etdirərək rəqibinin müqavimətini qırıb.
Bu qələbə Zverev üçün karyerasının ikinci “Grand Slam” titulu olub. Turnirin finalında Şelton öz meydanında oynamağın üstünlüyündən istifadə etməyə çalışsa da, Zverev həlledici məqamlarda üstünlüyü qoruyub.
Maraqlı məqam isə Zverevin çempionluq anında hesabı tam düzgün anlamaması olub. Buna baxmayaraq, almaniyalı tennisçi turnirin əsas mükafatını əldə edib.
//Samir Qurbanov, Editor.az

