Putin Avropanı xəbərdar etdi: “Ukraynaya sülhməramlı qüvvələr göndərilməsi müharibəyə səbəb ola bilər”backend

Putin Avropanı xəbərdar etdi: “Ukraynaya sülhməramlı qüvvələr göndərilməsi müharibəyə səbəb ola bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin Avropa ölkələrinin Ukraynaya sülhməramlı qüvvələr yerləşdirməsi ehtimalına münasibət bildirib və belə bir addımın Moskva tərəfindən ciddi hərbi təhdid kimi qəbul ediləcəyini açıqlayıb.

Putinin sözlərinə görə, Avropa hərbçilərinin Ukrayna ərazisində yerləşdirilməsi Rusiya ilə Avropa ölkələri arasında birbaşa qarşıdurma riskini artıracaq.

Editor.az xəbər verir ki, Bu açıqlama Ukrayna müharibəsinin gələcəyi ilə bağlı diplomatik müzakirələrin davam etdiyi bir vaxtda səslənib. Avropa ölkələri mümkün atəşkəs və sülh razılaşmasından sonra Ukraynanın təhlükəsizliyinin necə təmin olunacağı məsələsini müzakirə edir.

Moskva isə Qərbin Ukraynaya hərbi iştirakını genişləndirməsinin qəbuledilməz olduğunu dəfələrlə bəyan edib.

//Samir Qurbanov, Editor.az