Çin 1300 km məsafəyə optik lifli dron hazırlaya bilərmi?backend

Çin 1300 km məsafəyə optik lifli dron hazırlaya bilərmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində 500, 800 və hətta 1300 kilometrlik optik lif makaralarının nümayiş etdirilməsi belə bir sual yaradıb: bu qədər məsafəyə idarə olunan optik lifli dron yaratmaq mümkündürmü?

Hərbi analitiklərin fikrincə, nəzəri baxımdan uzun lifli makara istehsal etmək mümkündür. Lakin praktikada 1300 km məsafəyə uçan optik lifli dron yaratmaq son dərəcə çətindir. Bunun əsas səbəbi belə uzun kabelin böyük çəkiyə malik olması, dronun sürətini və manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırmasıdır.

Bundan əlavə, yüzlərlə kilometr uzunluğunda optik lifin açılması zamanı kabelin qırılması, dolaşması və ərazi maneələrinə ilişməsi riski də artır. Buna görə hazırda döyüş şəraitində istifadə olunan optik lifli FPV dronların əksəriyyətinin fəaliyyət radiusu onlarla kilometr səviyyəsindədir.
Defense Express qeyd edir ki, Çində nümayiş etdirilən böyük makaralar optik lif istehsalı imkanlarını göstərsə də, bu, avtomatik olaraq 1300 km mənzilli optik lifli dronun mövcud olduğu anlamına gəlmir. Hazırkı texnologiyalar çərçivəsində belə sistemin effektiv və praktik istifadəsi ciddi texniki problemlərlə üzləşir.

//Samir Qurbanov, Editor.az