“ABŞ və İsrail tərəfindən yeni hücum baş verərsə, İran hərbi əməliyyatları daha geniş miqyasda həyata keçirə bilər”.
Globalinfo.az xəbər verir ki, bunu İran ordusunun general-mayoru Məhəmməd Əkrəminia deyib.
Onun sözlərinə görə, bu halda daha inkişaf etmiş hərbi texnikadan istifadə olunacaq və döyüşlər “yeni sahələrə” yayıla bilər:
“Düşmənin gözləmədiyi və planlamadığı yerlərdə müharibə aparıla bilər. ABŞ-la atəşkəs dövründə İran hərbi gücünü artırıb, döyüş hazırlığını təkmilləşdirib, silahlarını yeniləyib və qüvvələrini yenidən yerləşdirib”.


