Bosniya və Herseqovina millisinin 40 yaşlı hücumçusu Edin Dzeko milli komandadakı çıxışlarını başa çatdırmaq qərarına gəlib.
Təcrübəli forvard bildirib ki, onun milli forma ilə son oyunu oktyabrın 2-də İsveçə qarşı keçiriləcək Millətlər Liqası matçı olacaq.
Dzeko təxminən iki onillik ərzində Bosniya və Herseqovina millisinin əsas simalarından biri olub. Karyerası ərzində “Mançester Siti”, “Roma” və “İnter” kimi böyük klublarda çıxış edən futbolçu hazırda Almaniyanın “Şalke 04” klubunun formasını geyinir.
Onun milli komandadan ayrılması Bosniya futbolunda mühüm bir dövrün başa çatması kimi qiymətləndirilir.
//Samir Qurbanov, Editor.az

