Bakı və Moskvadan referendum TƏLƏBİ – Paşinyanın TƏK seçimibackend

Bakı və Moskvadan referendum TƏLƏBİ – Paşinyanın TƏK seçimi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda 7 iyun seçkilərində hakim “Vətəndaş Müqaviləsi” Partiyasının parlamentdə konstitusion çoxluğu qazana bilməməsi ümumxalq səsverməsinin keçirilməsinə maneə yaradıb. Ona görə də Nikol Paşinyan konstitusiyanın dəyişidirilməsində müxalifətin ciddi müqaviməti ilə üzləşib. Revanşist düşərgə Ermənistan hakimiyyətini Azərbaycanın siyasi sifarişini yerinə yetirməkdə ittiham edir.

Qeyd edək ki, rəsmi Bakı Ermənistan konstitusiyasında Azərbaycana ərazi iddialarını nəzərdə tutan Müstəqillik Bəyannaməsinə istinad hissəsinin, yəni preambulanın çıxarılmasını tələb edir. Paralel olaraq Moskvanın son vaxtlar Ermənistandan ya Avropa İttifaqı, ya da Avrasiya İqtisadi İttifaqına üzvlüklə bağlı referendum keçirmək tələbi Kremlin Paşinyana təzyiqlərini artırıb.
Yəni Paşinyan ya Azərbaycanın konstitusiyaya dəyişikliklə bağlı şərtlərini yerinə yetirib regional sabitliyə və sülh müqaviləsinə nail olmalı, ya da Moskvanın referendum tələbini qəbul edib Rusiyanın siyasi “orbit”inə qayıtmalıdır.

Paşinyan iki referendumdan hansını və daha tez keçirə bilər?

Oqtay Qasımov: Gürcüstan–Aİ münasibətlərində gərginlik davam edəcək

Politoloq Oqtay Qasımov Musavat.com-a bildirib ki, Paşinyan 7 iyun parlament seçkilərində qələbə qazansa da, konstitusion çoxluğu əldə edə bilmədi və Rusiyaya bağlı qüvvələr parlamentdə öz imkanlarını artırdılar:
“Keçən seçkilərdə 27 yer qazanmış müxalifət bu dəfə səslərini təxminən 50 faiz artıraraq parlamentdə 45 yer əldə edib. Bu da Paşinyan üçün müəyyən problemlər yaradır. Hazırda Ermənistan qarşısında duran əsas vəzifələrdən biri şübhəsiz ki, konstitusiya islahatlarına gedilməsi məsələsidir. Bu məsələ keçən ildən gündəm mövzusudur. Bununla bağlı müəyyən hazırlıqlar da gedir. Əslində konstitusiyanın layihəsi də hazırdır. Sadəcə olaraq, Ermənistan qanunvericiliyinə görə parlament seçkilərindən 6 ay sonra referendumun keçirilməsi mümkün ola bilər”.

O.Qasımova görə, Ermənistan Rusiyanın təzyiqləri altındadır və İrəvan seçim qarşısındadır: “Düşünmürəm ki, Paşinyan Rusiyanın tələb etdiyi referendumu keçirəcək. Ermənistanda referendum olacaqsa, Paşinyanın özünün konstitusiyada nəzərdə tutduğu dəyişikliklərlə bağlı keçiriləcək. Amma bu referendumun da dəqiq hansı tarixdə keçiriləcəyi hələlik bəlli deyil”.