SOS: Bitki yağlarında TƏHLÜKƏLİ maddələr – Adlar, ölkələr…backend

SOS: Bitki yağlarında TƏHLÜKƏLİ maddələr – Adlar, ölkələr…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən müxtəlif ölkələrdən idxal olunan bitki və palma yağlarının təhlükəsizlik göstəriciləri üzrə gücləndirilmiş nəzarət tədbirlər çərçivəsində bir sıra xarici ölkə istehsalçılarına məxsus bitki yağı məhsullarında uyğunsuzluqlar aşkar edilib.

Bu barədə AQTA-dan məlumat verilib.

Bildirilib ki, laborator müayinələr nəticəsində təqdim olunan yağ nümunələrində insan sağlamlığı üçün təhlükə yarada bilən emal çirkləndiricisi– 3-MCPD (3-monoxlorpropan1,2-diol ) aşkarlanıb. Aşkarlanmış uyğunsuzluqlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. O cümlədən, bir sıra ölkələrin müəyyən istehsalçılarına məxsus bitki yağı məhsullarının ölkə ərazisinə idxalına məhdudiyyətlər tətbiq edilib. AQTA bitki və palma yağlarının idxalı ilə məşğul olan sahibkarlıq subyektlərini məhsulların təhlükəsizlik göstəricilərinə və idxal zamanı müəyyən edilmiş qida təhlükəsizliyi tələblərinə ciddi əməl etməyə çağırıb.

Bitki yağları kəskin bahalaşdı- QİYMƏT

Bəs yağların və ölkələrin adları niyə açıqlanmır?

İstehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Hüseynovun sözlərinə görə, istehlakçıya zərərli malların adı, satıldığı şəbəkələr, yığışdırıldıqdan və ya geri çağırıldıqdan sonra onların ictimai məhvetmə kimi faktlar təqdim olunmalıdır. “Nömrəsi, malın adı və hansı ölkədə istehsal olunduğu kimi məlumatların açıqlanması vacibdir. Çünki uzun illərdir Qida Təhlükəsizsəliyi Agentliyi “oxun atıb, yayını gizlətmək” prinsipi ilə işləyir. İllərdir yalnız su və ya şəkər kimi məhsullar haqqında çox qısa, ümumi açıqlamalar görmüşük. İstehlakçılar bu cür qeyri-müəyyən məlumatlardan sonra mənə zəng edib soruşurlar, amma mən də cavab verə bilmirəm. İki il AQTA yanında İctimai Şuranın üzvü olsam da, qurumun istehlakçıyönümlü siyasət yürütməsinə nail ola bilmədim. Onların “mətbəxi”ndə nə baş verdiyi, kollegiyada hansı qərarların qəbul edildiyi barədə İctimai Şuranın üzvü kimi belə məlumat ala bilmirdim. Məhz bu səbəbdən İctimai Şuradakı fəaliyyətimdən tamamilə imtina etdim”,- deyə E.Hüseynov qeyd edib.

Ekspert əlavə edib ki, AQTA istehlakçılar üçün zəruri olan şəffaf məlumatları təqdim etməlidir: “Təəssüf ki, bu yoxdur və bu, agentliyin nöqsanlı cəhətidir. Bizdə dövlət qurumları yaradılanda ayaqları cəmiyyətdən üzülür, özlərini toxunulmaz hiss edirlər. AQTA elə bir mühit yaratmalıdır ki, bütün istehlakçılar onun könüllüsünə çevrilsin. Təəssüf ki, agentlik hələ ki bunu etməyə qadir deyil və ya etmək istəmir”.

Bakıda satılan qurbağa əti ilə bağlı yeni detallar – Dönərə qatılır? -  Globalinfo.az

Qeyd etmək yerinə düşər ki, AQTA 2026-cı ilin əvvəlində Qida Təhlükəsizliyi Reyestri yaradıb. Və bildirir ki, məqsəd əhalini vaxtında təhlükəli məhsullar barədə məlumatlandırmaq, şəffaflığı gücləndirməkdir. Daha vacibi isə budur ki, AQTA-nın “təhlükəli hesab edilən qida məhsullarının açıq reyestri” üzrə qaydalarında məhsulun adı, təhlükəli hesab edilməsinə əsas verən hal və qadağan olunmuş inqrediyentin adı kimi məlumatların açıqlanması nəzərdə tutulur.
AQTA özü də əvvəlki açıqlamalarında məhsulun adı, istehsalçısı, idxalçısı, mənşə ölkəsi, əmtəə nişanı, istehsal tarixi, aşkarlanan uyğunsuzluq və görülən tədbirləri ictimaiyyətə təqdim edib. Bu məsələdə isə vəziyyət bir az fərqlidir: AQTA-dan deyilir ki, insan sağlamlığı üçün təhlükə yarada bilən 3-MCPD aşkarlanıb və bəzi istehsalçılara məhdudiyyət qoyulub, amma hansı məhsulların, hansı ölkələrin və hansı istehsalçıların nəzərdə tutulduğu açıqlanmır. Bu, istehlakçı baxımından problem yaradır. Çünki vətəndaş “hansı yağdan istifadə etməməliyəm?” sualının cavabını bilmir. Üstəlik, AQTA özü istehlakçılara məhsulun adını və istehsalçı müəssisənin adını etiketdən yoxlamağı tövsiyə edir.

Musavat.com