Tramp bəzi dronların idxalına 100 faizlik rüsum tətbiq etdibackend

Tramp bəzi dronların idxalına 100 faizlik rüsum tətbiq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp bəzi dronların idxalına 100 faizlik rüsum tətbiq etdi
ABŞ Prezidenti Donald Tramp ölkəyə xaricdən gətirilən pilotsuz uçuş aparatları (PUA) və onların bəzi komponentlərinə yeni gömrük rüsumlarının tətbiq edilməsi barədə qərar imzalayıb.

Ağ Evin açıqlamasına görə, milli təhlükəsizlik baxımından xüsusilə həssas hesab edilən müəyyən dron kateqoriyalarına 100 faizlik idxal rüsumu tətbiq olunacaq.

Bu kateqoriyaya 25 kiloqramdan ağır pilotsuz uçuş aparatları, eləcə də termal görüntüləmə imkanlarına malik bəzi dronlar və onların müəyyən komponentləri daxildir.
Daha kiçik və milli təhlükəsizlik baxımından daha az həssas hesab edilən dronlara isə 25 faizlik rüsum qoyulacaq.
Bununla yanaşı, Avropa İttifaqı, Yaponiya, Cənubi Koreya, İsveçrə, Lixtenşteyn və Tayvandan gətirilən və müəyyən şərtlərə cavab verən dron və komponentlər üçün tarif 15 faiz, Böyük Britaniyadan idxal olunan uyğun məhsullar üçün isə 10 faiz müəyyən edilib.

Yeni tariflərin əsas hissəsi qərarın imzalanmasından 21 gün sonra qüvvəyə minəcək. Milli təhlükəsizlik baxımından daha az həssas hesab edilən bəzi komponentlərə tətbiq ediləcək rüsumların qüvvəyə minməsi isə 180 gün sonraya təxirə salınıb.

Vaşinqton qərarı ABŞ-ın xarici təchizat zəncirlərindən, xüsusilə də dron sektorunda xarici istehsaldan asılılığını azaltmaq və ölkə daxilində pilotsuz uçuş aparatlarının istehsalını stimullaşdırmaq məqsədi ilə əsaslandırıb.

//Samir Qurbanov, Editor.az