Hərbi xidmətə çağırılanlarla bağlı mühüm açıqlama – Nazirlik xəbər yaydıbackend

Hərbi xidmətə çağırılanlarla bağlı mühüm açıqlama – Nazirlik xəbər yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hərbi xidmətə çağırılan bəzi vətəndaşlar yekun tibbi müayinədən keçiriləcək.

Musavat.comxəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, tibbi şəhadətləndirmə zamanı “B”, “Ç”, “C” və “D” kateqoriyaları üzrə rəy verilən çağırışçılar yekun tibbi müayinəyə cəlb olunurlar.

Yekun müayinə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Tibbi Qiymətləndirmə Mərkəzində aparılır. Müayinələr Mərkəzi Hərbi-Həkim Komissiyasının “Tibbi şəhadətləndirmə” altsisteminə daxil etdiyi göndəriş əsasında elektron növbəlilik qaydasında həyata keçirilir.

Çağırışçıların sağlamlıq vəziyyəti Mərkəzdə müxtəlif istiqamətlər üzrə ətraflı yoxlanılır. Burada qan analizi, göz və qulaq müayinələri, BERA testi, spirometriya, ultrasəs, elektroensefaloqrafiya, exokardioqrafiya, elektromioqrafiya, rentgen, qastroskopiya və stomatoloji müayinələr aparılır.

Qeyd edək ki, “B” kateqoriyası sıradankənar həqiqi hərbi xidmətə yararlılığı, “Ç” sağlamlıq vəziyyətinə görə müvəqqəti yararsızlığı, “C” dinc dövrdə yararsız, müharibə dövründə məhdud yararlılığı, “D” isə həm dinc, həm də müharibə dövründə hərbi xidmətə yararsızlığı ifadə edir.