Çin avtomobillərinin qlobal bazara ixracının kəskin artması dəniz daşımalarında ciddi böhrana və gəmi çatışmazlığına səbəb olub.
ilin əvvəlindən bəri avtomobillərin daşınması üçün gəmi icarəsi qiymətləri 65% artıb.
Vəziyyət o həddə çatıb ki, bəzi hallarda avtomobillər xüsusi gəmilər əvəzinə adi yük konteynerlərində daşınmağa başlayıb.
“Mobility Global” tədqiqat şirkətinin proqnozlarına görə, Çin 2026-cı ildə xaricə təxminən 10 milyon avtomobil ixrac edəcək. Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə bu göstərici cəmi 600 min avtomobil təşkil edirdi.
Norveçin nəhəng dəniz daşıyıcısı “Hoegh Autoliners” şirkətinin baş icraçı direktoru Andreas Enger Çinin bu sahədəki inanılmaz sıçrayışını belə qiymətləndirib: “Cəmi beş il ərzində Çin cüzi avtomobil ixracatçısından dünyanın ən böyük avtomobil ixracatçısına çevrilib”.
Musavat.com

