Avstraliyanın perspektivli qolfçusu Cessika Benq 18 yaşında Taylandda dünyasını dəyişib.
Gənc idmançı turnirə hazırlaşarkən beyin qanaması keçirib.
Məlumata görə, Benq avqustun 1-də Banqkokda keçiriləcək KLPGA Tour-un beynəlxalq təsnifat turnirinə hazırlaşarkən qəfil yıxılıb. O, xəstəxanaya çatdırılıb və təcili beyin əməliyyatı keçirib.
Təxminən iki həftə reanimasiyada müalicə alan qolfçu avqustun 13-də vəfat edib.
Benq peşəkar karyerasına 2025-ci ilin sonunda başlamışdı. O, 2026-cı ilin fevralında cəmi beşinci peşəkar startında Ford Women’s NSW Open Regional Qualifying turnirinin qalibi olaraq ilk böyük uğurunu əldə etmişdi.
Qolf üzrə Avstraliya Qadın Peşəkarları Assosiasiyası (WPGA) gənc idmançının ölümündən dərin kədər hissi keçirdiyini bildirib və onu qısa karyerasında böyük təəssürat yaratmış istedadlı qolfçu kimi xarakterizə edib.
//Samir Qurbanov, Editor.az

