Naxçıvanın sabiq rəhbəri Vasif Talıbov YAP-ın yeni siyahısında yer almadıbackend

Naxçıvanın sabiq rəhbəri Vasif Talıbov YAP-ın yeni siyahısında yer almadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vasif Talıbov Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının yenilənmiş tərkibinə daxil edilməyib.

Editor.az-ın “Teleqraf”a istinadən yaydığı məlumata görə, bununla bağlı qərar partiyanın yeni seçilmiş İdarə Heyətinin ilk iclasında qəbul olunub.

Qeyd edək ki, Vasif Talıbov 1995-ci ildən 2022-ci ilə qədər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb.

Xatırladaq ki, bundan əvvəl Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin də YAP Veteranlar Şurasından çıxarıldığı barədə məlumat yayılıb.

Beləliklə, YAP Veteranlar Şurasının yeni tərkibi ilə bağlı qərarlar çərçivəsində Vasif Talıbovun da adı siyahıda yer almayıb.