Zelenskidən ABŞ-la bağlı açıqlama: Yaxın günlərdə görüş keçirilə bilərbackend

Zelenskidən ABŞ-la bağlı açıqlama: Yaxın günlərdə görüş keçirilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ABŞ nümayəndələri ilə növbəti görüşün təşkili istiqamətində danışıqları davam etdirir. Tərəflər arasında yaxın günlərdə görüşün keçirilməsi ilə bağlı razılığın əldə olunması gözlənilir.

Editor.az-ın məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.

Ukrayna liderinin sözlərinə görə, Kiyevin nümayəndələri amerikalı tərəfdaşlarla mütəmadi əlaqə saxlayırlar. Zelenski yaxın günlərdə görüşün keçirilməsi ilə bağlı müəyyən razılığın əldə ediləcəyinə ümid etdiyini vurğulayıb.

“Bilirəm ki, bizim komandamız onlarla daim əlaqə saxlayır. Düşünürəm ki, yaxın günlərdə bu və ya digər səviyyədə görüş barədə razılığa gələcəyik”, – deyə Ukrayna Prezidenti qeyd edib.

Hələlik görüşün dəqiq tarixi, iştirakçıların tərkibi və müzakirə olunacaq məsələlər barədə əlavə məlumat açıqlanmayıb.