Ramiz Mehdiyevin Yeni Azərbaycan Partiyasındakı (YAP) üzvlüyünə xitam verilib.
Editor.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə qərar YAP İdarə Heyətinin keçirilən iclasında qəbul olunub.
Bundan əvvəl isə YAP İdarə Heyətinin qərarı ilə Ramiz Mehdiyev Veteranlar Şurasının üzvlüyündən də çıxarılıb.
Beləliklə, Ramiz Mehdiyevin həm partiya, həm də Veteranlar Şurasındakı üzvlüyü ilə bağlı müvafiq qərarlar verilib.

