Kılıçdaroğluna ŞOK: Onu uzaqlaşdırdılarbackend

Kılıçdaroğluna ŞOK: Onu uzaqlaşdırdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Sosial Demokratiya Assosiasiyasının sədri Sami Doğan, CHP sədri Kamal Kılıçdaroğlunun assosiasiyadan xaric edildiyini açıqlayıb.

Editor.az-ın xəbərinə görə, Doğan bildirib ki, bu qərar Fəxri Şura tərəfindən Kılıçdaroğlunun bəyanat və hərəkətlərinin assosiasiyanın nizamnaməsində əksini tapmış proqram və prinsiplərə zidd olması əsasında qəbul edilib.

“Assosiasiyamız öz fəaliyyətini nizamnaməmiz və müvafiq qanunvericilik çərçivəsində; demokratiya, azadlıq, bərabərlik, ədalət, həmrəylik və qanunun aliliyi kimi sosial-demokrat dəyərlərə uyğun şəkildə həyata keçirir. Bizim yanaşmamıza görə, demokratik təşkilat – müxtəlif fikirlərin sərbəst ifadə olunduğu, plüralizm və qarşılıqlı hörmətin əsas götürüldüyü, eyni zamanda hər kəsin ortaq prinsip və qaydalara riayət etmək öhdəliyini bərabər şəkildə daşıdığı bir strukturdur. Assosiasiyaya üzvlük təkcə mənsubiyyət hissini deyil, həm də təşkilatın nizamnaməsində müəyyən edilmiş prinsip və qaydalara əməl etmək məsuliyyətini ehtiva edir. Buna görə də, bütün üzvlərimiz üçün assosiasiyanın məqsəd və prinsiplərinə uyğun hərəkət etmək, eləcə də qurumun nüfuzuna və ya fəaliyyət qaydasına xələl gətirə biləcək mövqe və ya davranışlardan çəkinmək əsas öhdəlikdir. Heç bir şəxs, vəzifə və ya mövqe bu qaydalardan üstün deyil”, — deyə qurumdan bildirilib.

//Dəniz Pənahova, Editor.az