Netanyahu onları “QORXAQ” adlandırdıbackend

Netanyahu onları “QORXAQ” adlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İslandiyanın xarici işlər naziri Torqerdur Katrin Qunnarsdottir BMT Baş Assambleyasında İsrailin Baş naziri Benyamin Netanyahunun bir gün əvvəl işlətdiyi “mənəvi cəhətdən qorxaqlar” ifadəsinə cavab verib.

Editor.az-ın xəbərinə görə, Qunnarsdottir bildirib: “Mənəvi cəhətdən qorxaqlar – ehtiyacı olan insanlara humanitar yardımın çatdırılmasına mane olan və beynəlxalq hüququ dəfələrlə pozan liderlərdir”.

İslandiyalı nazirin bu sözləri zalda alqışlarla qarşılansa da, onun bəyanatı beynəlxalq mətbuatda birbaşa Netanyahuya yönəlmiş ifadə kimi qiymətləndirilib.

//Dəniz Pənahova, Editor.az